Lindsi Lohan sevgilisini ittiham etdi

Tanınmış aktrisa Lindsi Lohan bir ilə yaxındır ki, 23 yaşlı Rusiyalı biznesmen Eqor Tarabasovla görüşməyə başlamışdı. Artıq birlikdə yaşayan və evlilik yolunda olan cütlük hətta biri-birinin valideynləri ilə də tanış olmuşdular.

AzEuroNews cosmo.ru-ya istinadən xəbər verir ki, gözlənilən mərasim baş tutmadı. Aktrisa Eqoru xəyanətdə günahlandırdı. Bu haqda Lindsi öz rəsmi instaqram səhifəsində açıqlama vermişdi.

Britaniyalı jurnalistlərin dediyinə görə onların arasında hərdən elə davalar olurdu ki, qonşular şikayət edirdi. Davaların birində isə Lindsi qışqıraraq kömək çağırırdı.Polislər də gəlmişdi.

“O, məni boğmağa çalışırdı! Az qala məni öldürürdü! Kömək edin, xahiş edirəm! Mən istəyirəm bu haqda hərkəs bilsin ki, sən dəfələrlə mənə əl qaldırıbsan! Sən ruhi xəstəsən, mənim evimdən çıx get!”- deyə qışqırırdı.