Qert Vilders: “İslam indi aramızdakı cavanardır”

Niderlandın Azadlıq partiyasının üzvü Qert Vildersin sözlərinə görə  Avropa Birliyi müsəlmanları qəbul etməməlidir.

AzEuroNews Times qəzetinə istinadən xəbər verir ki, Niderlandın Azadlıq partiyasının üzvü Qert Vilders bazar günü Ansbaxda baş verən bombalanmadan sonra bildirdi ki, Avropa Birliyi müsəlmanların Avropa Birliyində olan ölkələrə girişini qadağan etməlidir.

O, hətta baş verən terrorlarda, kütləvi ölümlərdə müsəlmanları günahlandırdı və “de-islamise” (Avropa Birliyinin müsəlmanlardan təmizlənməsi) keçirilməsini tələb etdi.

Qert Vildersin antimiqrant partiyası bir çox insan tərəfindən də dəstəklənir. Onlar Hollandiyanın baş naziri Mark Ryuteni və Almaniyanın kansleri Anjela Merkeli qaçqınlara Avropa Birliyinə giriş şəraiti yaratdıqlarında və Avropa Birliyinin sərhədlərini qorumamaqlarında günahlandıraraq , terror aktlarına səbəb olduqlarını bildirdilər.