Şok iddia: Barcelona Arda Turanı getməyə məcbur edir

Katalan idman qəzeti Sportun xəbərinə görə, Luis Enrikenin  ‘Arda qalacaq’  şərhinə baxmayaraq, Barcelona rəhbərliyi Arda Turanın göndərilməsini istədi.

AzEuroNews cnn-ə istinadən xəbər verir ki, Barcelonanın Arda Turan üçün Atletico Madridə ödədiyi 34 milyon Avronu geri qaytarmaq istədiyi və Luis Enrikenin arzu etdiyi heyəti qura bilmək üçün Arda Turana gələn təklifləri qiymətləndirdiyi qeyd edilib.

Arda Turana ən çox maraq göstərən isə, Roberto Mançini oldu. Ancaq Mançininin İnter rəhbərliyi ilə yaşadığı problemlər və Arda Turanın Çempionlar Liqasında mübarizə etməyən bir komandaya getmək istəməyəcəyi səbəbiylə, bu transfer reallaşmayacaq.

Sport Arda Turana Napolinin də bir təklif təqdim etdiyini, ancaq İtalyan klubunun bu anda Higuain boşalan yeri doldurmağa çalışdığı üçün bu transferə marağını itirdiyini yazdı. Arda Turanın Tulalanı itirən Monaconunda siyahısında olduğu ifadə edildi. Xəbərdə Beşiktaşın adınında Arda Turan ilə xatırlandığı yazıldı, ancaq Fikrət Orman, bu an üçün Arda Turanla əlaqədar bir görüşmələrinin olmadığını  dedi.

Arda Turan bu gün Barcelonanın düşərgəsinə qatılacaq.