Türkiyə parlamenti dövlət çevrilişi cəhdini araşdıracaq

Türkiyə parlamenti Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdini araşdıracaq.

Haberturk xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində bununla bağlı komissiya yaradılacaq.

Komissiyada 15 nəfər təmsil olunacaq və hadisələri araşdırmaq üçün üç ay vaxt veriləcək.