Türkiyə və Rusiya prezidentlərinin görüş tarixi məlum oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda görüşəcəklər.

Anadolu Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək məlumat verib.

Görüş Türkiyə Prezidentinin Rusiyaya səfəri çərçivəsində baş tutacaq.