Vyentyanda Sergey Lavrov və Con Kerri arasında görüş keçirilir

Laosun paytaxtı Vyentyanda Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilir.

Reuters agentliyi xəbər verir ki, görüş Asiya-Sakit Okean Əməkdaşlq Birliyinin sammiti çərçivəsində baş tutub.

Danışıqlarda Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediləcək, həmçinin regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparılacaq.