Yaponiyada naməlum şəxs 19 nəfəri qətlə yetirib

Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

RİA Novosti xəbər verir ki, cinayət törədən 26 yaşlı bir şəxs olub. Hadisədən yarım saat sonra özü polisə gəlib və təslim olub.

O bildirib ki, əvvəllər həmin internatda çalışıb.