Ərdoğan müxalif siyasi partiyaların liderlərinə qarşı iddialarını geri götürür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmələrdə ölkənin müxalif siyasi partiyalarının liderlərinə qarşı verdiyi bütün iddiaları geri götürür.

“TRT Haber” telekanalı xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə qərarı CHP və MHP liderləri ilə görüşdən sonra verib.