Ərdoğana qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri dayanır

Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etdiklərinə görə həbs edilmiş generalların ifadələrinə və istintaqa əsasən müəyyən edilib ki, Türkiyə Prezidentinə qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri Əli Yazıcı dayanır.

“Sabah” qəzeti xəbər verir ki, məhz Əli Yazıcı Prezident Rəcəb Tayyib Ərdoğanın koordinatlarını qiyamçılara verib.

O, həmçinin məvacibinin 20 faizini Fətullah Gülən təşkilatına ödəyib.