Ankarada hakim və prokuror həbs olunub

Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Respublika Baş Prokurorluğunun icra etdiyi istintaq işi çərçivəsində saxlanılan 54 hərbçi ilə 8 hakim və prokuror həbs olunub.

Anadolu agentliyi xəbər verir ki,  həmçinin Ali Hərbi Məhkəmənin 4 üzvü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

FETÖ-nün çevriliş cəhdinin ardından başladılan istintaq çərçivəsində saxlanılan 10 hakim və prokurordan 8-i həbs olunub, 2-si sərbəst buraxılıb.