Beyons qızı ilə şəklini paylaşıb

Tanınmış pop ulduz Beyons və onun həyat yoldaşı Cey Zi bu yay tətilini dəniz kənarında yox Fransanın Paris şəhərində 4 yaşlı qızları Blyu Ayvi ilə birgə keçirirlər. Burada tur çərçivəsində müğənninin bir neçə çıxışı da baş tutub.

AzEuroNews spletnik.ru-ya istinadən xəbər verir ki, öz rəsmi İnstaqram hesabında Beyons qızı ilə birgə eyni paltarda çəkilmiş bir neçə fotoşəkillərini paylaşıb. Xoşbəxtlik və pozitivlik dolu bu fotoşəkillər minlərlə insan tərəfindən bəyənilib.

Qeyd edək ki, Beyons ilk dəfə deyil ki, qızı ilə eyni paltar geyinir. Onların ana-bala qarderobunda bir çox dəst paltarları var. Beyons bəzən bu geyimlərdə olan şəkillərini instaqram səhifəsində sevənləri ilə paylaşır.