BMT baş katibi Olimpiya barışığı elan edib

BMT baş katibi Pan Gi Mun Olimpiya barışığı elan edib və dünyada hamını Rio-de-Janeyroda keçiriləcək Oyunlar zamanı silahı yerə qoymağa çağırıb.

Associated Press xəbər verir ki, “Beynəlxalq Olimpiya Komitəsi və Birləşmiş Millətlər Təşkilatı harmoniya və sülh naminə birlikdə çalışır. Bu ruhda biz Olimpiya barışığı elan edir və müharibə aparan tərəfləri silahı yerə qoymağa və Oyunlar zamanı bütün fikir ayrılıqlarını kənara qoymağa çağırırıq”, – Pan Gi Munun mesajında deyilir.