Çində “Mirinae” qasırğası baş qaldırıb

Çində çərşənbə axşamı gecə “Mirinae” qasırğası bu il artıq üçüncü dəfə Cənubi Çinin ada əyaləti Xaynana çatıb və yerli icra orqanlarını qasırğa xəbərdarlığı elan etmək məcburiyyəti qarşısında qoyub.

Sinxua xəbər verir ki, qasırğa ötən gün Dunqao qəzasına çatıb, küləyin maksimal sürəti saatda 100 km-dir.

Qasırğa öncəsi 25 min balıqçı gəmisi dənizdən limana geri qayıdıb. Həmçinin Xaynan və Quandun əyalətləri arasında bütün sərnişin gəmilərinin hərəkəti dayandırılıb. Qasırğanın özü ilə güclü külək və leysan yağışlar gətirəcəyi bildirilir.