Eva Lonqoriya və Mişel Obama emosional çıxışları ilə Donald Trampı tənqid etdilər

Filadelfiyada prezident seçkiləri ərəfəsində Demokratların Konqresi keçirildi.Bu konqresdə ABŞ-ın birinci xanımı Mişel Obama və tanınmış Hollivud ulduzu Eva Lonqoriya öz möhtəşəm çıxışları ilə hər kəsə təsir etdilər.

AzEuroNews spletnik.ru-ya istinadən xəbər verir ki, Mişel və Eva çıxışlarında Hilari Klintonu prezidentliyə namizədlikdə dəstəkləyərək, Donald Trampı tənqid etdilər.

Mişel bacarıqlı bir şəkildə  Donaldın adını belə çəkmədən fikrini insanlara çatdıra bildi. Onun bu alovlu çıxışını tarixdə ən yaxşı və təsirli çıxışlardan biri kimi qeyd etdilər.

Misel-obama-azeuro-1“Hər səhər mən vaxtı ilə qullar tərəfindən tikilmiş bir evdə oyanıram və qızlarıma baxıram-iki gözəl, ağıllı qara dərili cavan xanımlar, hansılar ki öz itləri ilə Ağ evin bağçasında oynayırlar.Məs  Hillari Klintonun sayəsində mənim qızlarım, bizim bütün oğul və qızlarımız o faktı qəbul edirlər ki, Amerika Birləşmiş Ştatlarının prezidenti qadın da ola bilər.Heç kəsə imkan verməyin ki desin, bu ölkə möhtəşəm deyil və onu yenidən möhtəşəm etmək lazımdır. Çünki bu dəqiqə , bu ölkə dünyanın ən möhtəşəm ölkəsidir (Mişel bunu Trampa aid olan kompaniyanın “Amerikanı yenidən möhtəşəm  edək” şuarını nəzərdə tutaraq dedi).Bu seçkilər, gələcək 4 və ya 8 il ərzində bizim uşaqlarımızın həyatını kimin formalaşdıracağına qərar verəcək. Mənim isə bu işdə güvəndiyim tək bir insan var, hansı ki həqiqətən ABŞ-nın prezidenti olmaq üçün zəruri keyfiyyətlərə malikdir və  o adam Hilari Klintondu!”

Mişeldən sonra isə tribunaya 41 yaşlı meksikalı ulduz Eva Lonqoriya çıxdı. O, Donald Trampın meksikalı miqrantlar daxil bütün miqrantlarla bağlı rassist fikirlərini tənqid etdi.

Qeyd edək ki bir il əvvəl Tramp meksikalı miqrantları “zorakar və narkobandit” adlandırmışdı.

PHILADELPHIA, PA - JULY 25: Actress Eva Longoria waves to the crowd after delivering remarks on the first day of the Democratic National Convention at the Wells Fargo Center, July 25, 2016 in Philadelphia, Pennsylvania. An estimated 50,000 people are expected in Philadelphia, including hundreds of protesters and members of the media. The four-day Democratic National Convention kicked off July 25. (Photo by Chip Somodevilla/Getty Images)

“Mənim ailəm sərhədi heç vaxt keçməmişdi, sərhəd bizi keçmişdi.Mən Cənubi Texasın balaca bir şəhərində anadan olmuşam. Əgər siz tarixi bilirsinizsə,Texas vaxtı ilə Meksikanın bir hissəsi idi.Tramp bizləri cinayətkar  və zorakar adlandırır ,bununla o, meksikalı yox amerikalı ailələri tənqid etmiş olur. Mənim atam cinayətkar və ya zorakar deyil. O,uzun müddətdir ki Amerikada yaşayır.”

Eva, Trampin “İşləyən qadın-təhlükədir” sözləriylədə razılaşa bilmir.

“Tramp deyəndə ki “işləyən qadın –təhlükədir” o, bu sözlərlə tək məni yox,mənim 40 ildən artıqdır ki xəstə uşaqlarla işləyən, onlara dərs deyən, öyrədən anamı da tənqid edir. Hansı ki, gözəl bir həyat yoldaşı olaraq , 4 uşaq böyüdüb.”

Bu sözlərlə Eva çıxışını yekunlaşdırdı. Qeyd edək ki, Eva hətta “Eva Longoria Foundation”fondunun  qurucusudur.Bu fond latınamerikalı qadınların təhsil alıb, irəli getməsində köməklik göstərir.