Federer: “Olimpiya Oyunları və mövsümün qalan hissəsi üçün darıxacağam”

Dünya sıralamasının üçüncüsü, isveçrəli tennisçi Rocer Federer bildirib ki, ilin əvvəlində dizindən keçirdiyi əməliyyat səbəbiylə, Rio de Janeirodakı Olimpiya Oyunlarını və mövsümün qalanında keçiriləcək yarışları buraxmalı olacaq.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, Federer Pekin 2008 Olimpiya Oyunlarında cütlərdə qızıl medalın sahibi olmuşdu, London 2012 Olimpiya Oyunlarında isə təklərdə  gümüş medal qazanmışdı.

Rocer öz Facebook hesabında bu haqda açıqlama paylaşıb:

“Mən Rio Olimpiya Oyunlarında İsveçrəni təmsil edə bilməyəcəyim və mövsümün qalanını buraxacağım üçün çox kədərliyəm. Həkimlərim və komanda ilə  məsləhətləşdikdən sonra, bütün seçimləri nəzərə  alaraq, mən cari mövsümü  bağlamaq kimi çox çətin bir qərar qəbul etdim.Yenidən  yarışlara çıxmaq üçün dizimin tam bərpası vacibdir. Həkimlər, bir neçə ildə tennis oynamaq istəyirsənsə, dizinə və bədəninə tam bərpa üçün vaxt verməyin mütləq olduğunu bildirib.”

Federer-azeuro-1