Hillari Klinton rəsmən prezidentliyə namizəd kimi təsdiq edilib

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

TASS agentliyi xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı partiyanın Filadelfiyadakı (Pensilvaniya ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Beləliklə, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə olaraq sistem formalaşdıran iki siyasi partidan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Klintonun seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında verməsi planlaşdırılır.