Pikassonun “Oturan qadın” əsəri rekord vurdu-Foto

Rəsm əsərində Fernando Olivyenin sevgilisi olan model təsvir edilib. Pablo Pikassonun “Oturan qadın” (1909) əsəri Londonda “Sotheby’s” hərrac evində 63,4 milyon dollara satılıb.

Beləliklə, bu əsər hərracda satılan kubizm üslubunda hazırlanan ən bahalı əsər olub. Rəsm əsərində Fernando Olivyenin sevgilisi olan model təsvir edilib.

2008-ci ildə Jozef Fernan Lejenin “Mavi geyimli qadın” portreti hərracda 39,2 milyon dollara satılıb. Bununla da həmin əsər özəl kolleksiyada olan ən mühüm kubizm əsəri olmuşdu.

picasso_azeuuro-2