Prezidentlər razılığa gəliblər – RƏSMİ

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsi üzrə razılığa gəliblər.

RİA Novosti xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, hər tərəfdən yüksək vəzifəli rəsmi şəxslərin cəlb edilməsi ilə münaqişənin nizamlanması üzrə geniş danışıqların davam etdirilməsi planlaşdırılır.