“Qarabağ” səfərdə “Viktoriya” ilə heç-heçə oynayıb

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Komandanın rəqibi Çexiyanın “Viktoriya” klubu olub.

Plzen şəhərinin “Dusan Arena” stadionunda keçirilən matç 0:0 hesabı ilə başa çatıb. Oyunun 75-ci dəqiqəsində rəqib futbolçu Jan Baranek ikinci sarı vərəqə alaraq meydandan qovulsa da, “Qarabağ” bu fürsətdən yararlana bilməyib.

“Qarabağ” “Viktoriya” ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.