Qvardioladan fərqli qadağa

Mançester Sitinin baş məşqçisi Pep Qvardiola  artıq kilosu olan oyunçuların məşqlərə qatılmayacağını bildirib. Yeni menecer qeyri-sağlam qidadan istifadəni qadağa edib və kilolu oyunçuları ilk məşqdən kənarlaşdırıb.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, müdafiəçi Gael Clichy bildirib ki, oyunçuların  pizza, bəzi  meyvə şirələri və müəyyən “ağır yemək”lərdən istifadəsi qadağa  olunub. O həmçinin bildirib ki, mən  bir çox məşqçilərin belə bəyanatlar verdiyini görmüşəm, lakin Qvardiola sözünü tutan  ilk məşqçidir.

Yeni məşqçi təlimlərdə “yağ əritmə düşərgəsi”  təqdim edib.