Rusiyalı hakerlər NATO –nun sirrini açdılar

Hakerlər tərəfindən NATO-nun Avropadakı keçmiş baş komandanı general Filip Bridlavın, Avropa və ABŞ- ın iradəsi qarşısında Ukraynanın şərqində konflikt yaratmaq istəyini göstərən, elektron yazışması üzə çıxarıldı.

AzEuroNews riafan.ru-ya istinadən xəbər verir ki, Bridlav NATO qüvvələrinin keçmiş komandanı Uesli Klark ilə intensiv yazışmalar aparırdı.Hakerlər tərəfindən tapılan yazışmaların bir çoxu Krımın Rusiyaya birləşməsi barəsində idi.

Bridlav şübhəli mənbələrdən xəbər alırdı və onu yoxlamadan “Ukrayna ilə sərhəd yaxınlığında rus qoşunları kütləvi olaraq hərəkətdədir” deyə danışırdı .

Bununla o, konfliktin sülh yolu ilə həll edilməsinə qarşı çıxaraq, Ukraynanın Silahlı Qüvvələrini hərəkətə gətirmək istəyirdi.

Bu işdə Bridlava ən çox ABŞ prezidenti Barak Obama və Almaniyanın kansleri Angela Merkel mane olurdu.Onlar var gücü ilə çalışırdılar ki, Rusiya ilə konflikt yaşanmasın.

Beləliklə məlum oldu ki, NATO Ukrayna Silahlı Qüvvələri tərəfindən Donbassda böyük bir müharibənin olmasını istəyirdi.