Vergilər Nazirliyində yeni idarə yaradılıb

Vergilər Nazirliyinin idarələrindən birinin adı dəyişdirilib. Məlumata görə, həmin idarəyə baş vergi müşaviri Rahim Veyis oğlu Əfəndiyev rəhbərlik edir.

Məlumata görə, Vergilər Nazirliyinin Maliyyə-təsərrüfat İdarəsi bundan sonra Maliyyə və təminat İdarəsi adlanacaq.

Qeyd edək ki, R.Əfəndiyev həm də Nazirliyin Aparat rəhbəridir.