Angela Merkel bu ilin sentyabrında Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyini bəyan edib.

TASS agentliyi xəbər verir ki, Angela Merkel bu görüşün ən geci sentyabrın əvvəlində baş tutacağını söyləyib.

“Görüş mütləq olacaq, ən uzağı sentyabrın əvvəlində Hançjouda keçiriləcək G20 sammitində baş tutacaq”, – deyə kansler jurnalistlərə açıqlayıb.