Bakıda VII Avropa kino festivalı keçiriləcək

Bu il noyabrın 3-də Bakıda Avropa kino festivalı  start götürəcək.

Bununla bağlı “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevlə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri Auşra Raişite-Daukantien arasında keçirilən görüşdə razılığa gəlinib. Sayca 7-ci olan festival 10 gün davam edəcək.

Qeyd edək ki, 2015-ci ildə VI Avropa kino festivalının proqramına 16 ölkədə – Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, İsveç və əlbəttə ki, Azərbaycanda istehsal olunmuş filmlər daxil edilib.