Dirk Novitzki Maykl Şmaxer üçün yaşıl meydana çıxdı

Fransada xizək sürərkən, düşərək ağır yaralanan və müalicəsi hələ də davam edən Formula 1-in əfsanəvi pilotu Maykl Şmaxerin şərəfinə Almaniyada “Champions for Charity” adlı futbol qarşılaşması təşkil edilib.

AzEuroNews cnnturk-ə istinadən xəbər verir ki, Mainz Opel Arenada oynanan qarşılaşmada, Nazionale Pilot komandasının kapitanlığını F1 pilotu Sebastyan Vettel, Novitzki All Stars komandasının kapitanlığını da Alman ulduz basketbolçu Dirk Novitzki edib.

Qarşılaşma başlamazdan əvvəl, İtaliya və Almaniya milli marşlarının oxunmasının ardından , idmançılar üzərində “Mübarizəyə davam Şmaxer” yazılan plakat asıblar. Oyunçular arasında pilotlar, həndbolçu, radio aparıcısı, keçmiş və yeni futbolçular, boksçular və bir çox tanınmış şəxslər yer alıb.

Qarşılaşmadan Novitzki All Stars komandası 9-6 qalib ayrılıb, oyun 75 dəqiqə oynanılıb.

Novitzki, oyundan əvvəl verdiyi şərhdə, bu fəaliyyətlə Mayk Şmaxerə müsbət enerji göndərmək istədiklərini ifadə edərək, “Onun bir büt olduğunu, insanların onu unutmadığını göstərmək istəyirik” dedi.

Qeyd edək ki, 29 dekabr 2013 xizək sürən zaman düşərək başını qayaya vurma nəticəsində ağır yaralanan Maykl, xəstəxanada əməliyyat olunub. Şmaxerin reabilitasiya müalicəsi hələ davam edir.