Gecənin adamı Emenike olub!

Fenerbahçe Nəhənglər liqası səfərinə Monaco maneəsi ilə başladı. Türk təmsilçisi, Emenikenin dubl etdiyi gecədən 2-1 qalib ayrılaraq, ev sahibi üstünlüyündən yaxşı istifadə etdi. Monakonun isə qolunu, bir çox futbolsevərin yaxşı tanıdığı, Radamel Falcao atdı.

AzEuroNews ntvspor-a istinadən xəbər verir ki, heç şübhəsiz, gecənin adamı Emenike olub. O tək iki qol atmayıb, həmçinin fiziki cəhətdən də öz fərqini sübut edib. Türk komandasının oyunu ilə ümid verən bir digər oyunçusu isə, Roma təcrübəsi yaşayan, gənc və istedadlı futbolçu Salih Uçan idi.

Fenerbahçe Çempionlar Liqasının III təsnifat mərhələsində qonaq etdiyi Monakonu aşaraq, üstünlüyü əlinə aldı. İndi gözlər Avqustun 2-si, çərşənbə günü keçiriləcək cavab oyununa çevrilib.