İstanbul avtovağzalının adı dəyişdirilib

Türkiyənin İstanbul şəhərinin avtovağzalının adı dəyişdirilib.

Milliyet xəbər verir ki, bundan sonra avtovağzal “İstanbul 15 iyul demokratiya avtovağzalı” adlanacaq.

Məlumata görə, bu addım Fətullahçı terör təşkilatının (FETÖ) iyulun 15-də qanuni hakimiyyəti hərbi yolla devirmək cəhdinin qarşısını alarkən həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə atılıb.