Obama: “Tramp prezident seçkilərində məğlub olacaq”

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə məğlub olacaq.

TASS agentliyi xəbər verir ki, belə bir proqnozu Demokratik Partiyasının Filadelfiyadakı qurultayında çıxış edən ABŞ prezidenti Barak Obama irəli sürüb.

Ağ Evin indiki sahibinin fikrincə, Tramp ABŞ-ın ciddi problemlərinin həlli ilə bağlı heç bir ciddi təklif irəli sürmür.

“O, sadəcə, şüarlar irəli sürür və o, qorxu təqdim edir” – deyə Obama bildirib.