Rusiya iştirakçılarını Braziliyaya yola salır

Rusiya  olimpiya yığmasının 70-ə yaxın üzvü, Rio 2016-da  iştirak etmək üçün   Moskva  hava limanını tərk edərək, Braziliyaya uçub.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, voleybol, həndbol, boks, sinxron üzgüçülük və stolüstü tennis komandalarının üzvlərini Şeremetyevo hava limanından yola salıblar.

Dünya Antidopinq Agentliyi (Wada) Rusiyanın oyunlardan kənarlaşdırılmasını istədi, lakin Beynəlxalq Olimpiya Komitəsi qərarı fərdi idman federasiyalarına buraxdı.

Rusiya Rioya  387 təmsilçi göndərməyi ümid edirdi, ancaq bu günə qədər 100-dən çox idmançının iştirakı qadağan edilib. Bu idmançıların 67-si atletika komandasının üzvləridir.

idman-rusiya-azeuro-1