Sərnişin təyyarəsi təcili eniş etməli olub

“İndigo Airlines” aviaşirkətinə məxsus təyyarə Hindistanda Mumbay aeroportuna təcili eniş etməli olub.

Məlumata görə, buna səbəb təyyarədəki sərnişinlərdən birinin hava gəmisi yola düşdükdən sonra İŞİD şüarları səsləndirməsi olub. İŞİD şüarları səsləndirən sərnişin aqressiya əlamətləri göstərməyə başlayan zaman göyərtədəki digər sərnişinlər onu sakitləşdirib.

Təyyarə Dubay-Koçi marşrutu üzrə uçuş həyata keçirirdi.