Tanınmış ulduzların yay tətili

Ulduzlar yay tətillərini fərqli ölkələrdə keçirməyi sevirlər. Bu yay isə bir cox tanınmış tətilini qeyri-adi, həyəcan dolu keçirməyi üstün tutub. AzEuroNews cosmo.ru-ya istinadən həmin ulduzların fotolarını təqdim edir:

Kameron-Diaz-azeuro-1Kameron Diaz bu yay özünü serfinqə həsr edib. O,etiraf edir ki, artıq bu idman növü olmadan yaşaya bilmir və bütün boş vaxtlarını çimərlikdə  keçirir. Kameron hətta professional serfinq dərsləri alır.

Kameronun həmkarı Metyu Makkonahide serfinqle ciddi məşğul olur.O,cbu idman növünə çəkildiyi “Serfer” filmindən sonra bağlanıb.

“The Vimpire Diaries” serialının aktrisası Nina Dobrev da bu yay adrenalin dolu tətil keçirir. Nina Havay adalarında istirahət edərkən köpək balıqları ilə birlikdə üzməkdən heç qorxmayıb.O, köpək balıqları ilə suyun altında çəkdirdiyi fotoşəkillərini öz rəsmi instaqram səhifəsində paylaşıb.

Yana-Curikova-azeuro-1Tanınmış teleaparıcı Yana Çurikova son 10 ildə dünyanın müxtəlif yerlərində 200-dən artıq dalış edib. Onun suya dalış rekordu isə 2008-ci ildə 107 metr dərinliyində olub.Həmin gündən etibarən Yana öz rekordunu yeniləməyə çalışır.Yananın sözlərinə görə su ona rahatlıq, hüzur hissi bəxş edir.

 

Valdis pels-azeuro-1

 

Teleaparıcı Valdis Pelş isə paraşutdan tullanmağı sevir. O,15 ildir bu idman növü ilə məşğuldur ,baxmayaraq ki, tullanışlardan bir neçəsi  xəsarətlərlə nəticələnib. Valdisin sözlərinə görə o, yüksəklik qorxusuna qalib gəlmək üçün bu işə başladı və bu günə kimi 300-dən artıq tullanış həyata keçirib.

 

Madonna-azeuro-1

 

Dünyaca tanınmış müğənni, aktrisa Madonna bu yay tətilini quruda keçirməyi seçib. O, Hindistanda istirahət edir. Burada Madonna yoqa ilə məşqul olur, yerli bazarlara gedir, fərqli yeməklərin dadına baxaraq insanlarla ünsiyyətə girir. Müğənninin sözlərinə görə burada onu çox adam tanımır və insan özü kimi ola bilir rahat və sərbəst. Bu isə ulduzun çox xoşuna gəlir.Bundan əlavə Madonna Afrikadada tez-tez olur. O, bu yaxınlarda Malavidə qızlar üçün məktəbin tikilməsinə 15 milyon dollar pul hədiyyə edib. Bununla kifayətlənməyən müğənni, hətta tikinti yerinə də gedib baxmışdı.

David-Bekham-azeuro-1Britaniyalı futbolçu Devid Bekhem də tez-tez belə ölkələrə gedir və insanlara yardım edir.Bir çox ulduzla işləyən xeyriyə fondu təşkilatçılarının sözlərinə görə Devid bunu özünü göstərmək üçün etmir. O,həqiqətən boş vaxtlarını imkansız insanlara kömək etməklə keçirir. Devid saatlarla uşaqlarla topun arxasından qaça bilər, onlara dəyərli hədiyyələr verər və hər cür imkansız ailələrə kömək edər.