Tbilisidə yeni turizm mərkəzi yaradılır

Tbilisi meriyası Gürcüstan paytaxtının mərkəzində irimiqyaslı “Yeni Tiflis” layihəsi həyata keçirir.

Məlumata görə, layihə Davud Aqmaşenebeli prospektində yeni istirahət zonalarının yaradılmasını nəzərdə tutur. Prospektin bir hissəsi tamamilə piyada zonası olacaq və buradan yeni turizm marşrutları keçəcək.

D.Aqmaşenebeli prospektinin yerləşdiyi əraziyə 1817-ci ildə alman kolonistləri yerləşdirilib və onlar ərazinin abadlaşdırılmasına böyük qatqı göstərib. Elə buna görə də “Yeni Tbilisi” layihəsinin müəllifləri bu ərazidə qismən də olsa, “Alman bağları”nı bərpa edəcək. Xatırladaq ki, XIX əsrdə bu ərazidə “Alman bağları”nın ümumi sahəsi 100 hektara bərabər olub.