Türkiyədə 16 telekanal, 45 qəzet bağlandı

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb.

Milliyet qəzeti xəbər verir ki, bağlanılan qəzetlərin arasında Tərəf, Zaman, Azad Düşüncə, Bu gün, Millət, meydan, Today s Zaman, Sabaha Baxış və Yeni Hayat-in adları var.

Bağlanılan televiziya kanalları bunlardır: Barış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT TV, Tuna Shopping TV , Yumurcak TV.

Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanılan informasiya agentlikləri arasındadır.