Venesuela zooparkında ölən heyvanların sayı artır

Venesuelanın əsas zooparklarından birində son altı ay ərzində xroniki yemək çatışmazlığından 50-yə yaxın heyvan aclıqdan ölüb.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, dövlət parklarının əməkdaşlar birliyinin lideri Marlin Sifontesin verdiyi məlumata əsasən, heyvanların bəziləri ölməzdən əvvəl iki həftə ərzində ac qalıblar. Onun dediyinə görə, Karakasda şirlərə aylıq normanı doldurmaq üçün manqo və balqabaq verirdilər.

Hökumət rəsmiləri isə heyvanların aclıqdan öldüyünü inkar edirlər.

Digər şəhərlərdə yerləşən zooparklarda isə heyvanların ac qalmaması üçün yerli təşkilatlardan yardım olaraq ət, meyvə və tərəvəz alırlar.

Hazırda Venesuela ekonomik krizis altındadır. Ölkə prezidenti Nikolas Maduronun sözlərinə görə, baş verən “ekonomik müharibə” iş adamları və dövlət əleyhinə olanlar tərəfindən icra olunur.

Nikolas Maduronun rəqibləri isə əksinə onu günahlandırılar. Onların sözlərinə görə hazırda olan krizis dövlətin neftdən olan aslılığına görədi. Qeyd edək ki, hazırda neftin qiyməti xeyli düşüb.

monkey-azeuro-1