Vüqar Muradov nişanlısından ayrılıb

Müğənni Vüqar Muradov nişanlısı Fazilə xanımdan ayrılıb.  Bu haqda açıqlama verən ifaçı nişanın 2ay əvvəl qayıtdığını, amma bəzi səbəblərdən bunu gizli saxladığını bildirib:

“Bir müddətdən sonra başa düşdük ki, xasiyyətimiz uyğun gəlmir. Münasibət getdikcə daha da korlana bilərdi. Ailə qurub, sonra boşanmamaq üçün belə qərara gəldik. Bu hər kəsin başına gələ bilər. Qarşı tərəfə xoşbəxtlik arzulayıram, o buna layiqdir”.
vuqar-nisan-azeuro-1