Yağmurlu hava şəraiti davam edəcək

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu olacaq.

Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Abşeron yarımadasında havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-29 dərəcə isti, Bakıda isə gecə 21-23, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 10-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.