Yerevanda mitinq başa çatdı, bu gün yenə davam edəcək

Yerevanda PPX alayının binasını ələ keçirən silahlı qruplaşmanı dəstəkləyən nümayişçilər`.

AzEuroNews Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların bu gün saat 20:00-da Azadlıq meydanında yenidən toplaşacağı qərara alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına Xorenatsi küçəsində polisin ələ keçirilmiş binanı mühasirəyə aldığı ərazidə nümayiş keçirilməsinin qanunsuz olması barədə xəbərdarlıq edib. Belə ki, dünən səhər saatlarında polisin xəbərdarlığını dinləmədiyinə görə, təxminən 150 etirazçı saxlanılıb, amma sonradan onların demək olar hamısı sərbəst buraxılıb.