“Bodrum imamı” da həbs olundu

Türkiyədə çevriliş cəhdindən sonra ölkədə başlayan həbslər davam edir.

Bodrum prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində 14 nəfər ədliyyəyə sövq edilib. Məlumata görə, saxlanılanlar arasında müəllim, məktəb direktoru və iş adamları da var. Məhkəməyə çıxarılan və “Bodrum imamı” kimi tanınan “Asim” kod adlı Çağrı Açar və digər 13 barədə həbs qərarı verilib.