Filipp Kirkorov arzusuna çatdı

Rusiyanın xalq artisti Filipp Kirkorov Azərbaycana gələcək. Müğənni dekabrın 10-da paytaxtımızda solo konsert verəcək. İfaçının çıxışı “Ya” (“Mən”) adlı konsert turnesi çərçivəsində baş tutacaq. Tədbir “Crystall Hall”da gerçəkləşəcək.
Qeyd edək ki, uzun illərdir Azərbaycana gəlmək qadağası qoyulan ifaçı iyulun 9-da ölkəmizdə keçirilən “Jara” festivalına qatılıb. O, səfər zamanı Bakıda “Crystal hall”da konsert verməyi arzuladığını bildirmişdi.