İlin ən yaxşı qolunun müəllifi 27 yaşında futbolu buraxdı

Braziliyalı Vendel Lira karyerasını başa vurub və “gamer” olmaq qərarına gəlib.

AzEuroNews korrespondent.net-ə istinadən xəbər verir ki, bu ilin yanvar ayında, 2015-ci ilin ən yaxşı oyunçularının mükafatlandırıldığı gecədə, Braziliyalı hücum oyunçusu Vendel Lira Ferents Puşkaş adı ilə tanınan, ən gözəl qol mükafatına layiq görülmüşdür.

ESPN-in (Entertainment and Sports Programming Network) informasiyasına görə, Wendel bütün karyerası boyu onun yaxasını buraxmayan çoxsaylı zədələr üzündən bu qərarı alıb. Bir digər səbəb isə,  FİFA oyun seriyasının peşakar oyunçusu olmaq istəyirdi.

Lira öz cari klubu Villa Nova heyətində 2016-ci ildə yalnız 4 oyun keçirib.

Qeyd edək ki, 27 yaş futbolu buraxmaq üçün çox ərkən sayılır.

Wendell-Lira-azeuro-1