Kənan Doğuludan həyat yoldaşına evlilik ildönümü təbriki

Türkiyəli müğənni Kənan Doğulu və aktrisa Beren Saatın ailə qurmasından bir il keçib.

Məlumata görə, ifaçı xanımı ilə fotosunu paylaşaraq, sevgi etirafı edib.

“İlk günkü kimi sənə aşiqəm. Bir ilimiz mübarək olsun. Gözəl üzün hər zaman gülsün. Təbrik edən hər kəsə təşəkkürlər” deyə, Kənan Doğulu bildirib.