Kilauea vulkanı yenidən oyanıb

Kilauea –dünyada aktiv olan vulkanlardan biridir. Bu vulkan Havay adlarında yerləşir.

AzEuroNews 1tv.ru-ya istinadən xəbər verir ki, bir neçə illik sakitlikdən sonra vulkan yenidən oyanıb. Vulkandan çıxan lava Sakit okeana tökülür. Yeddi kilometrlik axın uçurumnan okeana düşərək donur.

Bu hadisəni seyr etmək çox gözəldir –su ilə odun birləşməsi.

Belə bir mənzərəni görmək üçün bura yüzlərlə turist gəlir.Bəziləri effektli kadırlar əldə etmək məqsədi ilə ərimiş axının yanına yaxınlaşmaqdan çəkinmirlər.