Milani Kunis üzüyünün qiymətini açıqlayaraq insanları şoka saldı

Mila Kunis həyat yoldaşı Eşton Katçerlə aldığı toy üzüklərinin qiymətini açıqlayaraq insanları şoka saldı!

AzEuroNews spletnik.ru-ya istinadən xəbər verir ki, tanınmış aktrisa Mila Kunis proqramların birində barmağındakı toy üzüyünün qiymətini açıqladı.

“Heç vaxt fikirləşməzdim ki, sizə bu hekayəni danışacağam. Bu gözəl üzüyü  mənə həyat yoldaşım hədiyyə edib. Lakin heç kəs bilmir ki, bu üzük bahalı olmayan Etsy adlı bir dükandan alınıb.”

“Tiffany and Co” brend qızıl dükanında dəhşətli dərəcədə yüksək qiymətləri görəndən sonra Mila “Etsy” dükanının saytına daxil oldu.Həmin an aktrisa orada ürəyincə olan 90 dollar qiymətində bir üzük tapdı.

Məlumata görə, Milanın üzüyü 90 dollar Eştonun ki, isə 100 dollardır.

“Ucuzdur? Hə bilirəm. Mən özüm belə nazik bir üzük axtarırdım və tapdım.Əladır ki mənim bəyəndiyim üzük belə ucuz , 90 dollardı! “Etsy” dükanının satıcıları üzüyün kim tərəfindən hazırlandığını bilmir.Lakin onlar çox mülayim,mədəni idilər və bu həqiqətən dəyərlidir.”

OAKLAND, CA - JUNE 05: (L-R) Actors Ashton Kutcher and Mila Kunis attend Game 2 of the 2016 NBA Finals between the Golden State Warriors and the Cleveland Cavaliers at ORACLE Arena on June 5, 2016 in Oakland, California. NOTE TO USER: User expressly acknowledges and agrees that, by downloading and or using this photograph, User is consenting to the terms and conditions of the Getty Images License Agreement. (Photo by Ezra Shaw/Getty Images)