Olimpiyadalarda meydana gələn qəribə hadisələr

Braziliyanın Rio de Janeiro şəhərinin ev sahibliyi edəcəyi olimpiya oyunlarında, tarix boyunca bir çox maraqlı hadisə yaşanıb.

AzEuroNews cnnturk-ə istinadən kənarlaşdırılma hadisələrindən, qızıl medal hekayələrinə, olimpiya oyunları üçün edilən xərcləmələr və hazırlıqlara qədər ,tarixdə olimpiyada oyunlarında yaşanan digər maraqlı hadisələri təqdim edir:

– 1928-ci ildəki Amsterdam Olimpiadalarında, Avstraliyalı kürəkçi Henri Pirs, 4/1 finalda yarışarken, qayığını dayandıraraq, çaydan keçməkdə olan ördək sürüsünə yol verib. Pirs bu fasiləyə baxmayaraq , qızıl medalı ölkəsinə gətirməyi bacarıb.

– 1904-ci ildə Amerikalı marafon qaçışçısı Fred Lorz, St. Louisdə keçirilən oyunlarda yarışın böyük bir hissəsini avtomobilə minərək tamamladığı ortaya çıxan zaman, olimpiyadadan qovulub.

– “Tarzan” filmləri ilə bilinən ABŞ-lı aktyor Joni Weysmuller, 1924 və 1928 olimpiyada oyunlarında üzgüçülük üzrə ümumi beş qızıl medal qazanıb.

– Olimpiya oyunlarındakı medal mərasimində, hər ölkənin milli marşı qaydaya uyğun olaraq üç dəqiqədən çox çalınmır. Urugvayın altı dəqiqə yarım uzunluğundakı milli marşı isə,bu qaydaya uyğun gəlmir.

– 1900 Paris Olimpiyadalarında qalib gələn atletlərə medal yerinə tablo hədiyyə edilib. Fransızlar tablonun medaldan daha qiymətli olduğunu bildiriblər.

– Televiziyada yayımlanan ilk olimpiya oyunları, 1936-daki Berlin oyunları olub.