Suriyalı qaçqının Olimpiyada arzusu gerçəkləşir

Həyatda bəzi insanlar var ki, onların izindən getməyi, yerində olmağı arzu etmirik, amma  biz onların xasiyyətinə, gücünə və cəsarətinə sahib olmaq üçün çalışırıq. Məhz onlardan öyrənirik ki, ən qəddar bəşəriyyət ən yaxşı  insanlığı üzə çıxara bilər.

AzEuroNews bbc-yə istinadən xəbər verir ki, Yusra Mardini ailəsi və dostları ilə yaxşı vaxt keçirən adi bir yeniyetmə idi. O, gimnastika klubuna gedir və üzgüçülüyü çox sevirdi. Potensial olaraq  onun çox böyük üzgüçü olacağı düşünülürdü. Suriyada vətəndaş müharibəsi, münaqişələr, əziyyətlər və ölümlər başlayanadək onunda ümüdü var idi. İllər ötür və heç nə dəyişmirdi. O, sağ qalmışdı lakin yaşamırdı. Evləri yanan ailə, köçmə məcburiyyətində qalır.Yusranın üzməyə getdiyi hovuzun damı bombalanmışdı.

Üzgüçülük məşqçisinin qızının qarşısında iki seçim var idi: ümid olmadan vətənində mövcud olmaq və ya arzusu üçün azadlığa qaçmaq.

O, böyük bacısı və bir neçə digər qaçqınla birliktə ölkəni tərk edir.Cənubi Türkiyəyə çatana qədər çox ağır şəraitlərlə qarşı-qarşıya qalırlar. Burdan  Yunanıstana keçmək üçün xeyli pul ödəməlidirlər və onlar 30 dəqiqəlik yolu üzərək keçmə qərarı alırlar. Duzlu su onların gözlərini yandırsa belə məcbur üzməyə davam edirlər.Yunanıstandan sonra onlar  Makedoniya, Serbiya, Macarıstan və Avstriyadan keçib Almaniyaya yerləşirlər.

Burada Yusra və bacısı yerləşdikləri qaçqın düşərgəsinə ən yaxın üzgüçülük hovuzuna məşqə yazılırlar.Alman məşqçi Yusranın qabiliyyətinə heyran  qalır və 3-4 həftə sonra Tokio Olimpiadası üçün planlar qurmağa başlayır.

Bu ilin Mart ayında Beynəlxalq Olimpiya Komitəsi Riodakı Yaz oyunlarında qaçqınlar üçün ayrı komanda olacağını bildirib və onların arasında Yusrada öz yerini alacaq. Xəbəri alan Yusra : “Çox sevinirəm, xəyalım reallaşdı . Bu mənim həyatımın fürsətidi və əlimdən gələni edəcəm” dedi.

yusra-azeuro-1