Tədqiqatçılar okeanın dibində qeyri-adi bənövşəyi rəngdə şar tapıblar

Cənubi Kaliforniyada tədqiqat aparan Amerikalı tədqiqatçılar okeanın dibində işıq saçan bir şar tapıblar. Bu yumru, sualtı sferin diametri 5 sm təşkil edir.

AzEuroNews naked-science.ru-ya istinadən xəbər verir ki, tədqiqatçılar tərəfindən aparılan çəkiliş zamanı naməlum obyektə bir xərçəng yaxınlaşır, lakin oda şarın nə olduğunu anlamadan kənara çəkilir.

Suyun altında aparılan çəkilişdən sonra, special vakum aparatı vasitəsi ilə bu naməlum şarı tədqiqatçılar gəmiyə qaldırdılar. Obyekt isə öz növbəsində, sudan çıxarılandan sonra ikiyə bölündü.

Obyektin öldüyünü və ya ikiyə bölünərək hissələrin ayrılıqda yaşamağa davam etdiyini alimlər hələdə dəqiqləşdirə bilməyiblər.

Bu günə kimi mütəxəssislər belə bir hadisə ilə rastlaşmayıblar və onların sözünə görə, onlar sferanın nə olduğunu hələki dəqiq deyə bilməzlər. Bu qeyri-adi bənövşəyi rəngdə işıq saçan şarın təbiətini araşdırmaq üçün bir neçə il tələb olunacaq.

Alimlərin sözlərinə görə, tapılan şar canlı varlıqdır.