Türkiyədə hərbi təhsil müəssisələri bağlana bilər

Türkiyədə hərbi təhsil müəssisələri bağlana bilər. A Haber telekanalının məlumatına görə, bunu müdafiə naziri Fikri İşık deyib.

Onun sözlərinə görə, bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək. Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.