Əfqanıstanda partlayış

Bu gün Kabulda baş verən partlayışda Əfqanıstan parlamentinin kadrlar şöbəsinin başçısı həlak olub. Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayıcı ilə doldurulan avtomobil Kote Sanqi rayonunda partladılıb. Partlayış zamanı daha iki nəfər xəsarət alıb. Partlayışın təşkilatçıları və məqsədi barədə məlumat verilmir.