ABŞ-da hava şarı yanaraq yerə çırpılıb

ABŞ-ın Texas ştatında göyərtəsində 16 nəfərin olduğu hava şarı qəzaya uğrayıb.

AzEuroNews abcnews.go.com-a istinadən xəbər verir ki, insident yerli vaxtla 08.40-da ştatın Lokhart şəhəri yaxınlığında baş verib. Məlumata görə, naməlum səbəbdən qəfil alışıb yanan hava şarı yerə çırpılıb.

Son məlumata görə, insident nəticəsində hava şarında olan sərnişinlərin hamısı ölüb.