Aleksandr Efromov saxlanılıb

Ali Radada “Regionlar Partiyasının” keçmiş fraksiya rəhbəri Aleksandr Efromov Ukraynanın ərazi bütövlüyünə qəsddə şübhəli bilinərək saxlanılıb.

Ukrayna KİV xəbər verir ki, bu haqda iyulun 30-da ölkənin baş prokuroru Yuri Lutsenko məlumat verib.

Kiyevin Solomenski məhkəməsi hazırda onunla birgə “Regionlar Partiyası”nın keçmiş deputatı Aleksandr Stoyanın, eləcə də keçmiş xalq deputatı – kommunist Sergey Qordienkonun da işinə baxır. Onlar 2014-cü ilin yanvar ayında “diktator qanunları”nın səsverməzi zamanı saxtalaşdırmada günahlandırılırlar.

Efromov ötən ilin fevralında saxlanılsa da, girov müqabilində buraxılmışdı. “Regionlar Partiyası”na Ukraynanın keçmiş preszidenti Viktor Yanukoviç rəhbərlik edib. O 2014-cü ilin fevralında müxalifətin hakimiyyətə gəlişi ilə ölkədən qaçıb.